azturkxeber.az
http://azturkxeber.az

Argentinanın cənubunda fırtına nəticəsində ölənlərin sayı 16-ya çatıb

10-03-2025

Argentinanın cənubunda fırtına nəticəsində ölənlərin sayı 16-ya çatıb


Argentinanın cənubundakı Bahia Blanka liman şəhərində baş vermiş güclü qasırğa nəticəsində ölənlərin sayı 16-ya çatıb

Şəhər meri meteoroloji hadisənin böyüklüyünə görə ölənlərin sayının artacağını söyləyib. Yerli sakinlərə evdə qalmaları üçün xəbərdarlıq edilib.

Bahia Blanka bələdiyyəsindən verilən məlumata görə, hal-hazıradək 1450 nəfər təxliyə edilib, daha 100 nəfər isə itkin düşüb. Argentina hökuməti müdafiə və təhlükəsizlik nazirliklərinin iştirakı ilə yardım və təxliyə əməliyyatı təşkil edib.

Rəsmi məlumatlara görə, hazırkı yağıntı 1933-cü ilin martında müəyyən edilmiş rekordu yeniləyərək, şəhər tarixində ən şiddətli yağış kimi qeydiyyata düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31