azturkxeber.az
http://azturkxeber.az

Çin, Rusiya və İran birgə hərbi dəniz təlimi keçirəcək

09-03-2025

Çin, Rusiya və İran birgə hərbi dəniz təlimi keçirəcək


Çin, Rusiya və İran martın ortasında birgə hərbi təlim keçirəcək.

Bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb. “Təhlükəsizlik kəməri-2025” adlı təlim İranın Çabahar limanı yaxınlığında baş tutacaq. Təlim planına dəniz hədəflərinə zərbələr endirmək, zərərin aradan qaldırılması, həmçinin birgə axtarış və xilasetmə işləri daxildir. Məqsəd hərbi sahədə qarşılıqlı etimadın möhkəmləndirilməsi və iştirakçı ölkələrin hərbi dəniz qüvvələri arasında praktiki əməkdaşlığın inkişaf etdirilməsidir.

Çin tərəfi təlimdə iştirak etmək üçün esmines və təchizat gəmisi də daxil olmaqla donanma göndərəcək.

Bu, 2019-cu ildən bəri 3 ölkənin 5-ci birgə hərbi dəniz təlimi olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31