azturkxeber.az
http://azturkxeber.az

Bakı Kitab Mərkəzində Beynəlxalq Qadınlar Günü münasibətilə musiqili poeziya gecəsi keçirilib

08-03-2025


Bakı Kitab Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş musiqili poeziya gecəsi keçirilib.

Tədbirdə çıxış edən mərkəzin direktoru Günel Rzayeva bütün ölkə qadınlarını bayram münasibətilə təbrik edib.

Gecədə Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçıları – Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı kollektivinin solistləri, gənc pianoçular və vokalçılar çıxış ediblər.

Cahangir Cahangirov adına Xor kollektivi, əməkdar artist, pianoçu Nərgiz Əliyeva və pianoçu Vüsal Aydəmirov, beynəlxalq müsabiqələr laureatları da alqışlarla qarşılanıb.

Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Bədii qiraətçi Hüseynağa Aslanovun rəhbərliyi ilə keçirilən konsertə qadınlara ünvanlanan şeirlər də bəzək verib.

Gecənin sonunda təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökümə Əliyevaya həsr olunmuş mahnı ifa olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31