azturkxeber.az
http://azturkxeber.az

Qars Qafqaz Universitetində “Türkiyə və Azərbaycan münasibətlərində təhlükəsizlik aspektləri” mövzusu müzakirə edilib

07-03-2025


Qafqaz Universitetində “Türkiyə və Azərbaycan münasibətlərində təhlükəsizlik aspektləri” mövzusunda panel müzakirələr keçirilib.

Tədbirdə alim və ekspertlərlə yanaşı, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və Qars şəhər bələdiyyəsinin rəhbərliyi də iştirak edib.

Tədbiri açıq elan edən Selcuk Ural Ankara və Bakının qarşısında dayanan çağırış və təhdidlərin müzakirəsinin əhəmiyyətini qeyd edərək, qardaş ölkələrin yolundakı maneələri dəf etmək üçün birgə səy göstərməyə çağırış edib.

Panel müzakirələrin iştirakçıları iki ölkənin iqtisadi və ticarət əlaqələrinin perspektivlərini və vəziyyətini nəzərdən keçirib, Türkiyə və Azərbaycan Silahlı qüvvələrinin birgə təlimlərinin əhəmiyyətini vurğulayıb.

Əsas diqqət iki qardaş ölkənin regionda həyata keçirdiyi layihələrə, həmçinin Bakı və Ankaranın beynəlxalq arenadakı birliyinə ayrılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31