Bu gün Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start veriləcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə 19 ölkədən gimnastlar medal qazanmaq uğrunda mübarizə aparacaqlar.
Yarışda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (6 alətin hər birində) və Dəniz Əliyeva (6 alətin hər birində) təmsil edəcəklər.
Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.
Qeyd edək ki, Dünya Kubokuna martın 9-da yekun vurulacaq.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan gimnastları beynəlxalq turniri 16 medalla başa vurublar
Bakıda idman gimnastikası üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək
İdman gimnastikası üzrə Azərbaycan çempionatı başa çatıb
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib
Azərbaycanın idman gimnastları Daşkənddə bürünc medal qazanıblar