azturkxeber.az
http://azturkxeber.az

Tramp: ABŞ Qrenlandiyanı öz tərkibinə qatmağa hazırdır

05-03-2025

Tramp: ABŞ Qrenlandiyanı öz tərkibinə qatmağa hazırdır


Əgər xalqın belə bir istəyi olarsa, Birləşmiş Ştatlar Qrenlandiyanı öz tərkibinə qatmağa razıdır.

ABŞ Prezidenti Donald Tramp bunu Konqresə müraciəti zamanı deyib.

“Gələcəyinizi təyin etmək hüququnuzu qətiyyətlə dəstəkləyirik. Əgər bizi seçsəniz, sizi Amerika Birləşmiş Ştatlarında salamlayacağıq”, - deyə Donald Tramp Danimarka adasının sakinlərinə xitab edərək bildirib. O, həmçinin ABŞ-ın Qrenlandiyanı bu və ya digər şəkildə “alacağını” vurğulayıb.

ABŞ Prezidenti daha əvvəl Danimarkanı Qrenlandiyadan imtina etməyə çağırmışdı. Ağ ev rəhbərinin fikrincə, bu, Birləşmiş Ştatların milli maraqları baxımından vacibdir.

Qeyd edək ki, adada keçirilən ictimai rəy sorğularının nəticələrinə görə, qrenlandiyalıların əksəriyyəti ABŞ-ın bir hissəsi olmaq istəmir. Danimarkanın hakimiyyət orqanları da adanın Birləşmiş Ştatların tərkibinə qatılması məsələsinə sərt reaksiya verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31