Çin cari ildə iqtisadi artımı 5 faiz civarında hədəfləyib
Çin hökuməti cari ildə ümumi daxili məhsulun (ÜDM) artımının 5 faiz civarında olacağını hədəfləyib.
Bu barədə Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian martın 5-də Pekində işə başlayan 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyasının açılışında hökumətin hesabatını təqdim edərkən bildirib.
Li Çian ötən il Çin iqtisadiyyatının 5 faiz artdığını, bu rəqəmin dünyanın böyük iqtisadiyyatları arasında ən yüksək göstəricilərdən biri olduğunu deyib. O, Çinin dünyanın iqtisadi inkişafının təxminən 30 faizini təmin etdiyini deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: