azturkxeber.az
http://azturkxeber.az

Göyçayda maskalanıb mağazadan oğurluq edən şəxslər tutulub

05-03-2025

 

Göyçay rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər gecə saatlarında üzlərini maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazaya daxil olublar və oradakı pulu, spirtli içkiləri, tütün məmulatlarını, eləcə də digər əşyaları talayaraq ələ keçiriblər. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - 42 yaşlı Vüqar Mirzəyev və 45 yaşlı Tural Əzizov saxlanılıb. 
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31