azturkxeber.az
http://azturkxeber.az

 Bəşir Səfəroğlunun 100 illik yubileyi Qubada qeyd olunacaq

05-03-2025


 Görkəmli gülüş ustası, teatr və kino aktyoru, Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi Milli Teatr Günü ərəfəsində onun dünyaya göz açdığı Qubada qeyd olunacaq.

Martın 6-da saat 15:00-da mərhum sənətkarın layiqli davamçısı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının sevilən gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Quba rayon Mədəniyyət Mərkəzində "Toya bir gün qalmış" (Əli Səmədli) komediyası oynanılacaq.
Tamaşada teatrın sevilən aktyorları Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, Prezident mükafatçısı Hüseyn Əlili, aktyorlar Əliməmməd Novruzov, Gültac Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, həmçinin teatrın xor və balet artistləri də iştirak edəcəklər.  
Gözlənilməz və maraqlı süjet xətti olan tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Qeyd edək ki, bu il həm də Afaq xanımın 70 illik yubileyi olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31