azturkxeber.az
http://azturkxeber.az

BƏƏ-də Azərbaycanın turizm imkanlarından bəhs edən film nümayiş olunub

05-03-2025

BƏƏ-də Azərbaycanın turizm imkanlarından bəhs edən film nümayiş olunub


BƏƏ-nin Şarcə televiziya kanalında yayımlanan “Rihləti” proqramında Raşid əl-Xəzrəcinin təqdimatında Azərbaycanın turizm imkanları barədə film nümayiş olunub.

Filmdə Azərbaycanın turizm imkanları, mətbəxi, təbiəti, milli musiqisi, habelə qədim tarixi abidələrindən bəhs edilib. Ekran əsərində, həmçinin Qız qalasının tarixinə toxunulur, onun Bakının əsas rəmzlərindən olduğu diqqətə çatdırılıb.

Eyni zamanda, filmdə Şahdağ turizm mərkəzində yaradılan şərait tamaşaçılara göstərilib. Ekran əsəri kanalın sosial şəbəkə hesablarında da yayımlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31