İranın vitse-prezidenti Zərif istefa verib
İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.
Azturkxeber.az verir ki, bu barədə “Fars” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən kənarlaşdırılmışdı.
Qeyd olunub ki, Prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: