azturkxeber.az
http://azturkxeber.az

Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb

04-03-2025

Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb


Çin Xalq Respublikasında ilin ən iri siyasi tədbirlərindən biri olan Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb.

Məşvərət Şurasının illik sessiyasının açılış mərasimində Çin Xalq Respublikasının Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər. Şuranın sədri Van Hunin qurumun hesabatını təqdim edib.

Bir həftə davam edəcək sessiyada ölkə həyatının siyasi, iqtisadi və sosial sahələrinə dair müzakirələr aparılacaq, təkliflər hazırlanacaq.

Çin siyasi sisteminin mühüm orqanı olan Siyasi Məşvərət Şurası Çin Kommunist Partiyasının liderliyi altında siyasi məşvərətçi orqan statusuna malikdir. Şuranın əsas funksiyaları siyasi məsləhətləşmə, demokratik nəzarət, dövlət işlərinin müzakirə və idarə edilməsində iştirakdır.

Şuranın sessiyası adətən martın əvvəlində, ölkənin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası ilə paralel keçirilir. On dördüncü çağırış Xalq Nümayəndələri Yığıncağının 3-cü sessiyası martın 5-də başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31