azturkxeber.az
http://azturkxeber.az

Ağcabədidə ev yanıb, xəsarət alan var

02-03-2025

Ağcabədidə ev yanıb, xəsarət alan var


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağcabədi rayonunda vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, beş otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Nəticədə ümumi sahəsi 252 kvadratmetr olan kürsülü beşotaqlı evin 2 otağının və mətbəxin yanar konstruksiyaları 76 kvadratmetr sahədə yanıb, 1 nəfər xəsarət alıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31