azturkxeber.az
http://azturkxeber.az

İstanbulun tarixi abidələrindən olan Kariye məscidində 80 ildən sonra ilk təravih namazı qılınıb

01-03-2025

İstanbulun tarixi abidələrindən olan Kariye məscidində 80 ildən sonra ilk təravih namazı qılınıb


Ayasofya ilə eyni dövrdə muzeyə çevrilən və dünyanın ən məşhur tikililərindən biri olan Kariye Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə yenidən məscid statusu qazanıb. Bərpa-yenidənqurma işlərindən sonra ötən ilin may ayında ibadətə açılan məsciddə 80 il aradan sonra ilk təravih namazı qılınıb.

Kariye məscidinin tarixi VI əsrə qədər gedib çıxır. Sultan II Bəyazid dövründə sədriəzəm Atik Əli Paşa tərəfindən məscidə çevrilən tikili Osmanlı dövründə və daha sonra, XX əsrin ikinci yarısında restavrasiya edilib.

Bizans İmperiyası dövründə kilsə kimi istifadə olunan abidənin ətrafında monastır kompleksi də mövcud olub, lakin bu tikililər zamanın təsirinə tab gətirə bilməyib. Bu unikal abidə, 1945-ci ildə muzeyə çevrilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31