azturkxeber.az
http://azturkxeber.az

Türkiyədə təhsilini bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib (FOTO)

02-09-2026

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsillərini uğurla başa vurublar.

Azturkxeber.az xəbər verir ki, Yalova vilayətində keçirilən mərasimdə Türkiyə Respublikası Hərbi Dəniz Donanmasının rəhbər heyəti, rəsmi qonaqlar, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.

Hərbi qulluqçularımız ölkələrimiz arasında hərbi təhsil sahəsində mövcud müqaviləyə əsasən Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsil alırlar. Təhsil ocağı 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında mühüm rol oynayır.

Tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edərək miçman rütbələri almış 5 hərbi qulluqçumuzu təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930