Goranboyda gecə saatlarında yanğın baş verib — xəsarət alan yoxdur

Gecə saatlarında Goranboy rayonu, Nizami kəndi yaxınlığında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Azturkxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: