ABŞ-nin İrana zərbələri nəticəsində 5 nəfər ölüb, 68 nəfər yaralanıb

İranın Sirik şəhərində toy mərasiminin keçirildiyi əraziyə ABŞ qüvvələrinin endirdiyi zərbə nəticəsində 5 nəfər həyatını itirib, azı 68 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Azturkxeber.az xəbər verir ki, bu barədə "Fars" agentliyi Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilib ki, xəsarət alanlar arasında çox sayda azyaşlı var və yaralılar Sirik ilə Minab şəhərlərinin xəstəxanalarına yerləşdiriliblər.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrandakı hədəflərə qarşı silsilə zərbələrin endirildiyini açıqlamışdı. "Press TV" telekanalının məlumatına görə, partlayışlar ölkənin cənub sahilində, o cümlədən Keşm adasında və bir sıra digər şəhərlərdə qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: