azturkxeber.az
http://azturkxeber.az

Çinin Baş prokuroru "ASAN xidmət"də

01-09-2026

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

“ASAN xidmət” mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat edilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 35-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb.

Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq "ASAN xidmət"də tətbiq olunan vətəndaş mərkəzli yanaşmanı yüksək qiymətləndirərək bu yanaşmanın Çinin dövlət fəlsəfəsi ilə uyğunluq təşkil etdiyini bildirib.

Eyni zamanda qonaq Azərbaycan və Çin arasında müvafiq sahə üzrə təcrübə mübadiləsinin həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.

Nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930