azturkxeber.az
http://azturkxeber.az

Konfrans Liqası: "Neftçi" qalib gəlir - YENİLƏNİB 2

22-07-2026

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyunda ikinci hissə başlayıb.

Azturkxeber.az xəbər verir ki, Bakı təmsilçisi “Palms Sports Arena”da keçirilən görüşün ilk hissəsindən sonra 2:1 hesabı ilə öndədir. Hesabı 2-ci dəqiqədə Emin Mahmudov açıb. Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.

Rəqibin heyətində 36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

20:51

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyunda birinci hissə başa çatıb.

Azturkxeber.az xəbər verir ki, Bakı təmsilçisi “Palms Sports Arena”da keçirilən görüşün fasiləsinə 2:1 hesablı üstünlüklə yollanıb.

Hesabı 2-ci dəqiqədə Emin Mahmudov açıb. Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.

Rəqibin heyətində 36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

20:01

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyun başlayıb.

Azturkxeber.az xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüş saat 20:00-da start götürüb.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031