Fransada apreldən bəri 17 min 500-dək şirkət müflis olub
Fransada bu ilin ikinci rübündə 17 min 486 şirkətin fəaliyyətini dayandırdığı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artım deməkdir.
Bu barədə şirkətlər haqqında məlumatların təhlili üzrə ixtisaslaşmış “Altares” şirkətinin hesabatında məlumat verilib.
Hesabata əsasən, ilin əvvəlindən bəri fəaliyyətini dayandıran müəssisələrin sayı 37 min 700-ə çatıb, bu da 2025-ci ilin ilk altı ayı ilə müqayisədə 1500 şirkət çoxdur. Ən çox zərər çəkənlər kiçik və yeni yaradılmış şirkətlərdir.
“Altares”in araşdırmasına görə, iqtisadi çətinliklər xüsusilə çox kiçik və yeni fəaliyyətə başlamış müəssisələrə təsir göstərir.
Hesabatda bildirilir ki, kollektiv iflas prosedurlarının 75 faizi üç nəfərdən az işçisi olan şirkətlərin payına düşür. Bu kateqoriyada ümumilikdə 13 min 185 şirkətin müflis olduğu qeydə alınıb ki, bu da bir il əvvəl ilə müqayisədə 8,3 faiz çoxdur.
Regional göstəricilərə nəzər saldıqda, ən çox şirkət iflasının Occitanie bölgəsində baş verdiyi məlum olur. Burada 1533 müəssisə fəaliyyətini dayandırıb ki, bu da ötən illə müqayisədə 6,8 faiz artım deməkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: