azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan komandası Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında bürünc medal qazanıb

02-07-2026

İyunun 27-dən iyulun 2-dək Tunisdə keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən komanda bürünc medal qazanaraq uğurlu nəticəyə imza atıb.

Təhsil İnstitutundan bildirilib ki, komandanın üzvü, Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və Humanitar Fənlər Liseyinin XI sinif şagirdi Sumuraz Mirzəyev olimpiadanın bürünc medalına layiq görülüb. O, 2025-2026-cı tədris ilində respublika fənn olimpiadalarının da bürünc mükafatçısıdır.

Qeyd edək ki, Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadası Beynəlxalq İnformatika Olimpiadasının Təşkilat Komitəsi tərəfindən ötən tədris ilindən etibarən keçirilir. Yarışa seçim mərhələləri yerli və xarici mütəxəssislərin iştirakı ilə iki turda təşkil olunur. Bu il olimpiadada 20 ölkədən iştirakçılar mübarizə aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031