azturkxeber.az
http://azturkxeber.az

Qazaxda fəaliyyəti qanunsuz bərpa edilmiş maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

27-12-2025

Qazaxda fəaliyyəti qanunsuz bərpa edilmiş maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsini davam etdirir.

FHN-dən bildirilib ki, mayın 29-da agentliyin müfəttişləri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən fərdi sahibkar Bədəlov Vidadi Məmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində aparılan planlı yoxlama zamanı aşkar olunmuş pozuntular səbəbindən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılmış və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilmişdi.

Lakin sonradan pozuntular aradan qaldırılmadan məntəqənin fəaliyyətinin qanunsuz olaraq yenidən bərpa etməsi barədə daxil olmuş məlumata əsasən, Agentliyin müfəttişləri tərəfindən həmin ünvanda növbədənkənar yoxlama keçirilib və fakt təsdiqini tapıb.

Nəticədə, nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin müfəttişləri tərəfindən məntəqə sahibi üçün yenidən əlavə müddət müəyyənləşdirilib və müvafiq akt tərtib olunub. Eyni zamanda, aşkar edilmiş pozuntuların göstərilən müddət ərzində aradan qaldırılmadığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun daha sərt tədbirlərin tətbiq olunacağı ilə bağlı sahibkara xəbərdarlıq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031