azturkxeber.az
http://azturkxeber.az

“815” Çağrı Mərkəzinə noyabr ayı ərzində 11 mindən çox zəng daxil olub

23-12-2025

“815” Çağrı Mərkəzinə noyabr ayı ərzində 11 mindən çox zəng daxil olub

Cari ilin noyabr ayı ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 11 672 zəng daxil olub. Müraciətlərdən 11 508 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 164 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 68 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 48 müraciətlə bağlı məsələ həll edilib, 48 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Bu barədə TƏBİB-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi (https://tabib.gov.az/vetendashlar-ucun/elektron-muraciet), eləcə də info@tabib.gov.az elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
293031