UEFA Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Ayaks"la üz-üzə gələcək

Azturkxeber.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” və Niderlandın “Ayaks” klubu üz-üzə gələcək.
Liqa mərhələsinin VI turuna aid görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və matç saat 21:45-də başlayacaq. Oyunu sloveniyalı FIFA referisi Rade Obrenoviçin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Turnir cədvəlinə görə, Azərbaycan təmsilçisi 7 xalla 21-ci pillədə, bütün oyunlarda məğlub olan qonaq komanda isə sıfır xalla sonuncu – 36-cı yerdədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: