azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada Anım Günü ilə bağlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

27-09-2025

Milli Kitabxanada Anım Günü ilə bağlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Milli Kitabxananın əməkdaşları tərəfindən “27 Sentyabr - Anım Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər, 44 günlük Vətən müharibəsinin gedişatı, Zəfər salnaməsi, Vətən uğrunda şəhid olmuş qəhrəmanların həyat və döyüş yolları, onların yaxınlarının, dostlarının və döyüş yoldaşlarının kövrək xatirələri, göstərdikləri igidliklərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatlar nümayiş olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930