Milli Kitabxana XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ekspozisiyanın açılışını, mövzu ilə əlaqədar Virtual sərginin və Elektron məlumat bazasının təqdimatı keçirib
Milli Kitabxana 1 oktyabr tarixində XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş ekspozisiyanın açılışını, mövzu ilə əlaqədar Virtual sərginin və Elektron məlumat bazasının təqdimatı keçirib.
Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova ekspozisiyada Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin dahi siyasəti, müasir və müstəqil Azərbaycan dövlətinin qurulması, dövlətin əsas Qanunu – Azərbaycan Respublikasının Konstitusiyası, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi Zəfər, ərazi bütövlüyünün və suverenliyin tam bərpası, dövlət başçımızın müdrik və uzaqgörən siyasəti, Şuşa şəhəri haqqında, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəyli (140), Xalq şairi Bəxtiyar Vahabzadə (100), Fikrət Qoca (90), Yusif Səmədoğlu (90), Maqsud İbrahimbəyov (90), Seyid Əzim Şirvani (190), süni intellekt və digər mövzulardan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatların Milli Kitabxananın qızıl fondundan nümayiş olunduğunu diqqətə çatdırıb.
Ekspozisiyanın açılışında çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi Şöbəsinin müdiri, yazıçı-publisist Vasif Qurbanzadə Milli Kitabxananın fəaliyyətində uğurlar arzulayaraq onu kitabları qoruyub saxlayan məbəd adlandırıb. O, qeyd edib ki, belə tədbirlər kitab mədəniyyətinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, Ulu Öndərin Şah əsəri - Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması haqqında və s. dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/2025-Konstitusiya_ve_Suverenlik_Ili/index.htm linkindən istifadə edə bilərlər.
Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi”, “Görkəmli şəxslərin Konstitusiya haqqında fikirləri”, “Dövlət rəmzləri”, “Azərbaycan Respublikasının Konstitusiyası”, “Azərbaycan Respublikasının Konstitusiya Qanunları”, “Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası”, “Böyük Qayıdış”, “Nəşrlər”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrində materiallar tammətnləri ilə nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Konstitusiya_suverenlik/index.html linkindən istifadə edə bilərlər.