azturkxeber.az
http://azturkxeber.az

Xaçmazda əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb

17-03-2025

Xaçmazda əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb


Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində 39 yaşlı Rəşad Dadaşzadə saxlanılıb. Ondan 2 kiloqram marixuana, yarım kiloqram tiryək, külli miqdarda psixotrop maddə metamfetamin və metadon həblər aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundanverilən məlumata görə, R.Dadaşzadə ifadəsində şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və maddi gəlir qarşılığında narkotikləri gizli yerdən götürərək ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ümumilikdə isə Xaçmaz rayonunda son həftə ərzində polisin keçirdiyi tədbirlər zamanı narkotiklərlə əlaqəli 10 fakt aşkarlanıb və nəticədə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31