azturkxeber.az
http://azturkxeber.az

İlon Mask: Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib

11-03-2025

İlon Mask: Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib


ABŞ hökumətinin büdcəsi korrupsiya və saxtakarlıq səbəbindən keçmiş prezident Co Baydenin administrasiyası dövründə təxminən 500 milyard dollar itirib.

Bunu ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Hökumətinin Hesabatlılıq İdarəsinin məlumatlarına əsasən bildirib.

"Bayden administrasiyası hökumət xərclərini yarım trilyon dollar itirib. Biz bunu minimuma endirməyə çalışırıq və vergi ödəyicilərinin pullarına qənaət etmək üçün əlimizdən gələni edirik", - deyə Mask “Fox Business”ə müsahibəsində bildirib.

Qeyd edək ki, yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-ın büdcə xərclərinin genişmiqyaslı auditinə başlayıb. Mask, agentliyin hökumət xərclərini 2 trilyon dollar azaltmağı gözlədiyini söyləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31