azturkxeber.az
http://azturkxeber.az

İsmail Belen: Meşələr və meşəçilər olmadan iqlim dəyişikliyi problemləri ilə mübarizə aparmaq mümkün deyil

21-11-2024 Baxılıb: 0

IMG

“Azərbaycan COP29-a ev sahibliyi etməklə möhtəşəm işlər görüb. Buna görə öz təbriklərimi çatdırmaq istəyirəm”.

Bu fikirləri UNFF20-nin sədri İsmail Belen COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün meşələr: Meşələr üçün iqlim maliyyəsindən istifadə” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı səsləndirib. O bildirib: “Əvvəlcədən deyə bilərəm ki, iqtisadiyyat olmasa, ekologiyadan danışmaq mümkün deyil. Beynəlxalq danışıqlar üçün meşəçilik bütün aspektlərə, xüsusilə iqlim dəyişikliyi, biomüxtəliflik, səhralaşma ilə mübarizə məsələlərinə daxil edilməlidir”.

İxtisasca meşə mühəndisi və 35 ildən çox təcrübəsi olan İsmail Belen əlavə edib: “Meşələr və meşəçilər olmadan iqlim dəyişikliyi problemləri ilə mübarizə aparmaq mümkün deyil. Ona görə də biz burada olmalıyıq və meşə bizim prioritet sahəmiz olmalıdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031