azturkxeber.az
http://azturkxeber.az

Gələn il Azərbaycan davamlı meşəçilik və biomüxtəlifliklə bağlı beynəlxalq konfransa ev sahibliyi edəcək

21-11-2024 Baxılıb: 1

IMG

Meşə maliyyələşdirməsi ilə bağlı məlumat mübadiləsi və biliklərin idarə edilməsi üçün qlobal arxitektura gücləndirilməlidir. Meşə maliyyələşdirmə imkanları, bilik mübadiləsi və ən yaxşı təcrübələr üçün qlobal mərkəz yaratmaqla şəffaflığı artıra, əməkdaşlığı gücləndirə və effektiv fəaliyyəti təşviq edə bilərik.

Bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün meşələr: meşələr üçün iqlim maliyyəsindən istifadə” mövzusunda yüksək səviyyəli tədbirdə deyib.

Gələn ilin iyununda Azərbaycanın “Davamlı meşəçilik və biomüxtəliflik üçün sinergiya: yaşıl dünya üçün əməkdaşlıq dialoqu” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edəcəyini vurğulayan nazir müavini bildirib: “Bu tədbir meşəçilik və biomüxtəlifliyin qorunması sahəsində əsas çağırışları həll etmək, tərəfdaşlığı gücləndirmək və qlobal dayanıqlılıq üçün innovativ həlləri təşviq etmək məqsədilə qlobal ekspertləri, siyasətçiləri və maraqlı tərəfləri bir araya gətirəcək. Bu mühüm tədbirdə iştirakınızı səbirsizliklə gözləyirik. Mən sizin hamınızı təkcə meşələri qoruyub bərpa etməyən, həm də onların bəşəriyyət üçün davamlı resurs kimi əsas rolunu tanıyan konkret addımlar atmağa çağırıram. Buna nail olmaq üçün meşələrin qırılmasına və ekosistemlərin deqradasiyasına qarşı mübarizə aparan siyasətləri gücləndirməliyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031