Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt xidməti yaradılıb.
Azturkxeber.az xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə Komitədə yaradılmış “Qaynar Xətt” xidmətinə cari ilin aprel ayı ərzində 6674 zəng, digər fəaliyyət istiqamətləri üzrə məlumatların əldə edilməsi üçün mövcud olan “Çağrı mərkəzi”nə isə 8169 zəng daxil olmuşdur.
Qaynar xətt: 1657
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.