Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.
Azturkxeber.az xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 80kv.m. olan dördotaqlı mənzilin bir otağının və mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə, binaya bitişik sahəsi 30kv.m. olan talvar, yaxınlıqda quraşdırılmış gücü 4 kVt olan transformatorun 9 ədəd qoruyucu açarı yanıb. Bir nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.