azturkxeber.az
http://azturkxeber.az

Əlyazmalar İnstitutunda mühafizə olunan almandilli materialların kataloqu nəşr edilib

28-07-2026

Əlyazmalar İnstitutunda mühafizə olunan almandilli materialların kataloqu nəşr edilib

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin böyük elmi işçisi Sənubər Əhmədova-Hacıyevanın geniş ön söz yazaraq tərtib etdiyi “Əlyazmalar İnstitutu xəzinəsində mühafizə edilən almandilli materialların kataloqu” kitabı işıq üzü görüb.

Əlyazmalar İnstitutundan bildirilib ki, kataloqa Əlyazmalar İnstitutunda mühafizə edilən almandilli materialların qısa təsviri daxil edilib. Bu materiallar çap kitablarını, kataloqları, lüğətləri, dövri mətbuat nümunəsini, elmi arxiv, fond və arxiv sənədlərini, fotoşəkilləri, fotoplyonka və mikrofilmləri, foto və kitab surətlərini, hədiyyə fondu materiallarını, kserosurətləri, makina çapını, müəllifi olmayan kitabları əhatə edir.

Yeni nəşrin elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktorları dosent Əkrəm Bağırov, dosent Nigar Babaxanova, rəyçiləri fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova və böyük elmi işçi Kəlamə Abbasovadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031