azturkxeber.az
http://azturkxeber.az

Dünya çempionatının rəmzi komandası açıqlanıb

21-07-2026

Dünya çempionatının rəmzi komandası açıqlanıb

ABŞ-ın nüfuzlu idman nəşri “ESPN” 2026-cı il futbol üzrə dünya çempionatının rəmzi komandasını təqdim edib.

Azturkxeber.az xəbər verir ki, simvolik heyətə qapıçı kimi Kabo-Verde millisinin üzvü Vozinya daxil edilib.

Müdafiə xəttində İspaniya yığmasının futbolçuları Mark Kukurelya, Emerik Laport və Pau Kubarsi, eləcə də İngiltərə millisinin oyunçusu Ced Spens yer alıblar.

Yarımmüdafiədə Mərakeş millisindən Ayyub Buaddi, İspaniya yığmasının aparıcı futbolçusu Rodri və İngiltərə millisinin üzvü Cud Bellingemə yer verilib.

Hücum xəttində isə Argentina millisinin kapitanı Lionel Messi, Fransa yığmasının hücumçusu Kilian Mbappe və Norveçin aparıcı üzvü Erlinq Holann seçiliblər.

Qeyd edək ki, 2026-cı il dünya çempionatının final görüşündə İspaniya millisi əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031