Lionel Messi dünya çempionatında oynamaq istəyir
ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi gələcəyi ilə bağlı sualı cavablandırıb.
Argentinalı hücumçu xarici mətbuata açıqlamasında qarşıdakı hədəflərindən danışıb.
Ulduz oyunçu bütün diqqətini indiki zamana yönəltdiyini bildirib: “Amma 2026-cı il dünya çempionatı haqqında düşünmədiyimi desəm, yalan danışmış olaram. Bəli, bu barədə düşünürəm. Bu il gələcəyimlə bağlı qərarlar qəbul etmək baxımından çox önəmli olacaq".
Qeyd edək ki, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edən Lionel Messi bu müddət ərzində 49 matçda 42 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası ilə müqaviləsi 2025-ci ilin sonuna kimidir.