azturkxeber.az
http://azturkxeber.az

Bolqarıstanda güclü fırtına daşqınlara və elektrik kəsintisinə səbəb olub

21-07-2026

Bolqarıstanda güclü fırtına daşqınlara və elektrik kəsintisinə səbəb olub

Bolqarıstanda baş verən güclü fırtına nəticəsində bir sıra şəhərlərdə ağaclar aşıb, küçələri su basıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb və əmlaka ziyan dəyib.

Azturkxeber.az Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, ən çox zərər Plovdiv, Yambol, Sandanski, Petriç və Blaqoevqrad şəhərlərində qeydə alınıb. Blaqoevqrad vilayətində ildırım çaxması nəticəsində meşədə yanğın qeydə alınıb.

Məlumata görə, aidiyyəti qurumların operativ müdaxiləsi nəticəsində yollar təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031