azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

21-07-2026

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 354,9 min ton neft koksu, neft bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 44,6 min ton və ya 11,2 faiz azdır.

Bu il iyulun 1-i vəziyyətinə ölkədə hazır sözügedən məhsulların ehtiyatı 61,2 min ton təşkil edib.

Hesabat dövründə Azərbaycanda 60,1 min ton neft bitumu, 118,9 min ton isə neft koksu istehsal edilib. Ötən ilin ilk 6 ayındakı göstərici ilə müqayisədə ölkədə neft bitumu istehsalı 55,2 min ton və ya 47,9 faiz azalıb, neft koksu istehsalı isə 13,6 min ton və yaxud 12,9 faiz artıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031