Altı ayda Azərbaycanın pambıq ipliyi ixracı 2 dəfədən çox artıb
Bu ilin yanvar-iyun aylarında ölkədən 12 min 296,31 ton pambıq ipliyi ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, ixrac edilən pambıq ipliyinin dəyəri 2,1 dəfə artaraq 27 milyon 574,98 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 12 milyon 908,82 min dollar dəyərində yəni, 5 418,1 ton pambıq ipliyi ixrac edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: