azturkxeber.az
http://azturkxeber.az

Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı" təşkil edilib

18-07-2026

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı” gerçəkləşib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki. Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, yazıçı İlqar Fəhmi tədbiri açaraq poeziya bayramının əhəmiyyəti barədə danışıb.

Sonra tədbir AYB-nin Poeziya seksiyasının sədri şair İbrahim İlyaslı və birliyin Gənclər Şurasının sədri yazar Fərid Hüseynin moderatorluğu ilə davam edib.

Ədəbi-bədii gecədə şairlər Səlim Babullaoğlu, Rəsmiyyə Sabir, Məhəmməd Turan, İntiqam Yaşar, Narıngül Nadir, Gəray Göyyurd, Mustafa Rasimoğlu, Elşad Ərşadoğlu, Hafiz Hacıxəlil, Nadir Yalçın, Güləmail Murad, Xatirə Fərəcli və başqaları şeirlərini səsləndiriblər.

Daha sonra qiraətçilərin ifasında Azərbaycan poeziyasından klassik nümunələr oxunub. Poeziya axşamında şairlərin səsləndirdiyi poetik nümunələri tarda Səxavət Məmmədov müşayiət edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031