azturkxeber.az
http://azturkxeber.az

Naxçıvanın bir sıra ərazilərində elektrik enerjisi kəsiləcək

18-07-2026

Naxçıvanın bir sıra ərazilərində elektrik enerjisi kəsiləcək

Naxçıvan şəhərində 110/35/10 kilovoltluq Xalçaçılıq yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar iyulun 19-da bəzi ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, bununla əlaqədar, sabah saat 02:00-dan 05:00-dək Naxçıvan şəhəri İstiqlal küçəsində yerləşən 111, 113, 115, 117 və 129 nömrəli binalarında, Şadlinski, Bəktaşi, Nizami, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci, Əcəmi məhəlləsi və Əliabad qəsəbəsində, həmçinin Babək rayonunun bəzi ərazilərində və Şahbuz rayonunda elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031