azturkxeber.az
http://azturkxeber.az

Konfrans Liqası: “Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim edib

18-07-2026

Konfrans Liqası: “Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim edib

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarusun “Dinamo” (Minsk) klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Klubdan verilən məlumata görə, iştirak ərizəsində 22 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 7-si yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qapıçılar: 1.Emil Balayev, 13.Kenan Piriç, 93.Rza Cəfərov.

Müdafiəçilər: 3.Rüfət Abbasov, 5.İqor Ribeyro, 14.Elvin Bədəlov, 17.Murad Xaçayev, 24.Mustafa Sek, 55.Endryu Qravilyon, 77.Falaye Sako.

Yarımmüdafiəçilər: 4.Elvin Camalov, 6.Sessi d Almeyda, 7.Emil Səfərov, 8.Emin Mahmudov, 18.İfeanyi Metyu, 20.Qustavo Klisman, 70.Andrey Ştoqrin.

Hücumçular: 11.İmad Fərəc, 19.Ağadadaş Salyanski, 29.Lyubomir Tupta, 33.Breno Almeyda, 97.Bassala Sambu.

Qeyd edək ki, “Neftçi” və “Dinamo” arasında ilk oyun iyulun 22-si, saat 20:00-da “Palms Sports Arena”da, cavab matçı isə ayın 30-da səfərdə keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031