İmişlidə çətənə kolları yetişdirən şəxs saxlanılıb


İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 49 yaşlı Rafiq Səmədov saxlanılıb.
Azturkxeber.az-ın məlumatına görə, onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi 65 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rafiq Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: