azturkxeber.az
http://azturkxeber.az

Atatürk və Ayna Sultanova parkları arasında yeni piyada svetoforları quraşdırıldı

17-07-2026

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yerləşən mövcud svetofor obyektləri təkmilləşdirilib.

Azturkxeber.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilən işlər çərçivəsində kəsişmədə 2 ədəd yeni piyada dirəyi və piyada svetoforu quraşdırılıb. Eyni zamanda, mövcud dirəklərə 2 ədəd yeni piyada bölməsi quraşdırılaraq istifadəyə verilib.

Yeni piyada svetoforlarının quraşdırılması Atatürk və Ayna Sultanova parkları arasındakı, həmçinin parkdan digər obyektlərə keçidin piyadalar üçün daha təhlükəsiz və rahat olmasını təmin edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031