azturkxeber.az
http://azturkxeber.az

Şagirdlərin və metro sərnişinlərinin yoldan təhlükəsiz keçidi təmin edildi

25-09-2025

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov və Murad Nağıyev küçələrinin kəsişməsində yolda xaotik vəziyyətin olması sürücü və piyadalarla yanaşı, 271 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan şagirdlər üçün də təhlükəli vəziyyət yaradırdı. Problemi aradan qaldırmaq məqsədilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yeni nəqliyyat və piyada svetoforları quraşdırılıb və aidiyyəti qurum tərəfindən yolda müvafiq nişanlanma işləri aparılıb. Bundan başqa, rayonun Əjdər Məlikov küçəsi ilə Xəzər bağları yaşayış kompleksinin kəsişməsində də yeni svetofor quraşdırılaraq istifadəyə verilib.

Həmçinin Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ilə İbrahimpaşa Dadaşov küçəsinin kəsişməsində piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni piyada svetoforu quraşdırılaraq istifadəyə verilib. “Azadlıq” metro stansiyasının yaxınlığı olduğu üçün piyadaların sıx hərəkətinin müşahidə edildiyi keçiddə yeni svetoforun quraşdırılması baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını alıb.

Görülən işlərlə yanaşı, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB massivi, Abbas Fətullayev küçəsində yeni düyməli piyada svetoforu quraşdırılıb. Bununla da qeyd olunan yolda qəza riski aradan qaldırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930