azturkxeber.az
http://azturkxeber.az

Görmə məhdudiyyətli şəxslərin daha çox istifadə etdiyi yolda səs qurğusu ilə çalışan svetoforlar quraşdırıldı

15-07-2026


Paytaxtın Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Eldar Xəlilov küçəsinin kəsişməsində yol hərəkəti iştirakçılarının, xüsusilə də görmə məhdudiyyətli şəxslərin təhlükəsizliyinin artırılması məqsədilə yeni svetoforlar quraşdırılıb.

Azturkxeber.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində sürücülərin svetofor siqnallarını daha rahat görməsini təmin etmək məqsədilə 1 ədəd “A” tipli svetofor dirəyi “L” tipli dirəklə əvəzlənib. Bundan əlavə, kəsişmədə 2 ədəd yeni piyada svetoforu və 4 piyada bölməsi quraşdırılıb.

Eyni zamanda sözügedən piyada keçidindən görmə məhdudiyyətli şəxslərin daha çox istifadə etdiyini nəzərə alaraq svetoforlara 4 ədəd səsli xəbərdarlıq qurğusu quraşdırılıb. Bu qurğular piyada keçidinə yaxınlaşan zaman svetoforun işıq siqnallarına uyğun olaraq səsli siqnal verməklə görmə məhdudiyyətli şəxslərin yolu daha təhlükəsiz şəkildə keçməsinə kömək edir.

Qeyd edək ki, əvvəllər kəsişmədə piyada keçidi olmadığından piyadalar yolu təhlükəli şəkildə keçmək məcburiyyətində qalırdılar. Problemin aradan qaldırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həmin ərazidə piyada keçidi təşkil olunub və müvafiq nişanlanma xətləri çəkilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031