“SULTAN HƏSƏN BAHADUR” BƏDİİ-SƏNƏDLİ FİLMİ


Gələcəyin texnologiyası, əsrlərin əmanəti!
Azərbaycan Televiziyası milli kimliyimizin qürurverici səhifələrini tamamilə fərqli və yeni formatda təqdim edir. AzTV-nin istehsalı olan, bədii təsvirləri ilk dəfə süni intellekt vasitəsilə hazırlanan tarixi “Sultan Həsən Bahadur” filmi tamaşaçılara təqdim olunur.
Azturkxeber.az-ın məlumatına görə, AzTV-nin “Tariximizlə qürur duyuruq” bədii-sənədli filmlər silsiləsinin ilk ekran əsəri olan “Sultan Həsən Bahadur” qardaş Türkiyənin “Patik Prodakşn” şirkəti ilə birgə istehsal olunub.
Filmin rejissoru Mecit Güven, ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Elmi məsləhətçiləri Səbuhi Əhmədov və Könül İmamverdiyeva, bəstəkarı Vüqar Camalzadədir. Filmin rəssamı Reyhan Aslanova, prodüserləri isə Sərvər Bayramov və Ercan Kayadır.
Bu ekran əsəri Ağqoyunlu dövlətinin qüdrətli hökmdarı, tarixdə Uzun Həsən adı ilə tanınan Sultan Həsən Bahadurun böyük fatehlik yoluna, eləcə də onun anası, Şərqin ilk diplomat qadını Sara Xatunun siyasi dühasına işıq salır. Süni intellektin sonsuz vizual imkanları ilə tarixi dəqiqlik bu filmdə bir araya gəlir.
Filmin qala gecəsi 20 iyul tarixində, saat 19:00-da, Bakı şəhərindəki Nizami Kino Mərkəzində keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: