ARAF-da yeni təyinat




Azərbaycan Respublikası Atçılıq Federasiyasında (ARAF) yeni kadr təyinatı həyata keçirilib.
Azturkxeber.az xəbər verir ki, Federasiyanın prezidenti Elçin Quliyevin əmri ilə Elvin Məmmədxanov ARAF-ın baş katibi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Elvin Məmmədxanov bu təyinata qədər federasiyada baş katibin birinci müavini vəzifəsində çalışıb. O, eyni zamanda son dövrdə baş katib vəzifəsinin icrasını müvəqqəti olaraq həyata keçirirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: