azturkxeber.az
http://azturkxeber.az

Milli Məclis "Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib

07-07-2026

Milli Məclis "Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib

"Ümumi təhsil haqqında" Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib.

Azturkxeber.az xəbər verir ki, bu məsələ parlamenti iyulun 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

“Ümumi təhsil haqqında” Qanunda dövlət siyasətinin millilik və dünyəvilik prinsipləri əsasında həyata keçirilməsinin daha da gücləndirilməsi məqsədilə qanun layihəsində bir sıra məsələlərin tənzimlənməsi nəzərdə tutulur.

Belə ki, qanun layihəsinin 12.13-cü maddəsinə əlavə edilən yeni müddəaya əsasən, dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblərin müəyyən edilməsi təsbit olunur. Həmin tələblərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Hazırda dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilir. Bu baxımdan, qanun layihəsinə əlavə edilən yeni 24.2.2-1-ci maddəyə əsasən, təhsilalanların geyim forması ilə bağlı müəyyən olunmuş tələblərə riayət edilməsinin valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifəsi kimi müəyyənləşdirilməsi təklif olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031