azturkxeber.az
http://azturkxeber.az

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

29-05-2026

Azərbaycan və Litva arasında ikitərəfli əlaqələrin inkişaf proqramına uyğun olaraq, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup nümayəndə heyəti bu ölkənin paytaxtı Vilnüs şəhərinə səfər edib.

Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi heyət Litva Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin inzibati binasını ziyarət edib, hərbi polis xidmətinin təşkili, idarəetmə mexanizmləri və gündəlik xidməti fəaliyyətin xüsusiyyətləri ilə yaxından tanış olub.

Burada qonaqlara Litva hərbi polisinin sülh və müharibə dövründə vəzifələri, eləcə də NATO tərkibində fəaliyyətləri barədə brifinqlər təqdim olunub.

Görüşdə, həmçinin, hərbi polis sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Şəxsi heyətin peşəkar hazırlığının artırılması və birgə fəaliyyət imkanlarının artırılması məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031