azturkxeber.az
http://azturkxeber.az

Kənd təsərrüfatı inkişafında strateji hədəflər

29-05-2026

Kənd təsərrüfatı hər bir dövlətin iqtisadi təhlükəsizliyinin, ərzaq təminatının və regionların sosial-iqtisadi inkişafının əsas dayaqlarından biridir. Əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin olunması, kənd yerlərində məşğulluğun artırılması, ixrac potensialının genişləndirilməsi və qeyri-neft sektorunun inkişafı baxımından bu sahənin rolu xüsusi əhəmiyyət daşıyır. Dünyada baş verən qlobal iqtisadi proseslər, iqlim dəyişiklikləri və ərzaq bazarlarında müşahidə olunan dalğalanmalar kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırır.

Azərbaycan da zəngin torpaq və iqlim resurslarına malik ölkələrdən biri kimi kənd təsərrüfatının inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ölkəmizdə taxılçılıq, pambıqçılıq, üzümçülük, meyvəçilik, tərəvəzçilik, heyvandarlıq və digər kənd təsərrüfatı sahələrinin inkişafı həm daxili tələbatın ödənilməsinə, həm də ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verir. Aqrar sahənin inkişafı regionlarda yeni iş yerlərinin açılmasına, əhalinin rifahının yüksəlməsinə və kənd yaşayış məntəqələrinin sosial-iqtisadi dirçəlişinə xidmət edir.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının modernləşdirilməsi, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, meliorasiya və suvarma infrastrukturunun yenilənməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu siyasətin nəticəsi olaraq aqrar sektorda məhsuldarlıq yüksəlib, müasir texnologiyaların tətbiqi genişlənib və kənd təsərrüfatının ümumi iqtisadiyyatdakı payı artıb.

Məhz bu baxımdan Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkənin aqrar inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, kənd təsərrüfatının gələcək inkişaf perspektivlərinə dair mühüm mesajlar ehtiva edir. Dövlət başçımızın çıxışında aqrar sahənin qarşısında duran vəzifələr, əldə olunan nailiyyətlər və gələcək hədəflər ətraflı şəkildə təhlil olunaraq Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının daha yüksək inkişaf mərhələsinə yüksəldilməsi üçün prioritet istiqamətlər müəyyən edilib.

Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı ölkənin aqrar sektorunun inkişafı üzrə əldə olunan nəticələri təhlil etməklə yanaşı, qarşıdakı illər üçün yeni strateji prioritetləri də müəyyənləşdirdi. Dövlət başçısının çıxışı göstərir ki, kənd təsərrüfatı sosial məşğulluq sahəsi olmaqla yanaşı, həm də milli təhlükəsizliyin, iqtisadi şaxələndirmənin və regional inkişafın əsas sütunlarından biridir.

Prezident İlham Əliyev vurğuladı ki, 2004-cü ildən etibarən həyata keçirilən regional inkişaf proqramları kənd təsərrüfatının inkişafı üçün zəruri infrastruktur bazasını formalaşdırıb. Qazlaşdırma, elektrik enerjisi təminatı, yol şəbəkələrinin yenilənməsi, su təchizatı sistemlərinin qurulması və sosial infrastrukturun inkişafı kənd yerlərində iqtisadi fəallığın artmasına şərait yaradıb.

Bu siyasətin nəticəsi olaraq regionlarda yeni məşğulluq imkanları yaranıb, kənd əhalisinin həyat səviyyəsi yüksəlib və aqrar istehsalın genişlənməsi üçün əlverişli mühit formalaşıb. Dövlət başçısının çıxışından aydın görünür ki, kənd təsərrüfatında əldə edilən bütün nailiyyətlərin təməlində məhz uzunmüddətli regional inkişaf strategiyası dayanır.

Müşavirədə xüsusi vurğulanan məsələlərdən biri də kənd təsərrüfatına göstərilən dövlət dəstəyi oldu. Cənab Prezident qeyd etdi ki, Azərbaycan genişmiqyaslı subsidiya mexanizmlərinin tətbiqi baxımından dünyada seçilən ölkələrdən biridir.

Yanacaq və gübrə güzəştləri, güzəştli kreditlər, fermerlərə metodiki dəstək, texnika təminatı və aqrar sığorta sisteminin tətbiqi kənd təsərrüfatının inkişafında mühüm rol oynayır. Bununla yanaşı, dövlət başçısı subsidiyaların çevik və bazar tələblərinə uyğun şəkildə yenilənməsinin vacibliyini də vurğuladı. Bu isə aqrar siyasətdə nəticəyönümlü idarəetmə modelinə keçidin göstəricisidir.

Kənd təsərrüfatının inkişafı üçün su təminatının həlledici əhəmiyyət daşıdığını bildirən dövlət başçımız son illərdə həyata keçirilən iri su layihələrinin nəticələrini xüsusi qeyd etdi.

Taxtakörpü, Şəmkirçay, Suqovuşan, Sərsəng, Xaçınçay və digər su anbarlarının bərpası və tikintisi kənd təsərrüfatının dayanıqlı inkişafı üçün strateji əhəmiyyət daşıyır. Eyni zamanda Şirvan və Qarabağ kanallarının yenidən qurulması yüz minlərlə hektar torpaq sahəsinin su təminatını yaxşılaşdıracaq.

Dövlət başçısının çıxışında diqqət çəkən mühüm məqamlardan biri kənd təsərrüfatı məhsullarının emal sənayesinin inkişafı məsələsi oldu. Xüsusilə pambıqçılıq nümunəsində qeyd edildi ki, məqsəd yalnız xammal ixracı deyil, hazır məhsul istehsalının artırılmasıdır.

Pambıq mahlıcının ixracından tekstil və hazır geyim məhsullarının istehsalına keçid əlavə dəyərin ölkə daxilində formalaşdırılmasına xidmət edir. Bu yanaşma Azərbaycanın aqrar-sənaye kompleksinin inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi çıxış edir.

Dövlət başçımız bu yaxınlarda Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun (WUF13) müzakirələrində genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın mövzusunun öz əksini tapdığını xatırlatdı. Cənab Prezident kəndlərdən şəhərlərə miqrasiyanın qarşısının alınmasının və əks prosesin — şəhərlərdən kəndlərə qayıdışın təmin edilməsinin vacibliyini vurğuladı.

Bu məqsədə nail olmaq üçün kənd yerlərində sosial xidmətlərin, səhiyyənin, təhsilin, nəqliyyat və kommunal infrastrukturun daha da inkişaf etdirilməsi vacib hesab olunur. Beləliklə, kənd yalnız istehsal məkanı deyil, yüksək həyat keyfiyyətinin təmin olunduğu yaşayış məkanına çevrilməlidir.

Prezident İlham Əliyev tərəfindən təqdim edilən baxışın kulminasiya nöqtəsi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” oldu.

Dövlət Proqramında ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxaldan asılılığın azaldılması, məhsuldarlığın artırılması, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal sənayesinin genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, daxili və xarici investisiyaların cəlbi, kənd yerlərində məşğulluğun artırılması kimi strateji məqsədlər müəyyənləşdirilib.

Proqramın icrası üçün dövlət tərəfindən 2 milyard manatdan artıq, özəl sektor tərəfindən isə 3 milyard manatdan çox investisiyanın cəlb olunacağı nəzərdə tutulur.

Prezident İlham Əliyevin müşavirədəki çıxışı göstərir ki, Azərbaycanda kənd təsərrüfatı milli təhlükəsizlik, ərzaq müstəqilliyi, regional inkişaf və qeyri-neft iqtisadiyyatının aparıcı istiqaməti kimi qiymətləndirilir. Yeni Dövlət Proqramı aqrar sektorun modernləşdirilməsi, innovasiyaların tətbiqi və emal sənayesinin genişləndirilməsi yolu ilə Azərbaycanın kənd təsərrüfatını yeni inkişaf mərhələsinə çıxarmağı hədəfləyir.

Beləliklə, qarşıdakı illərdə həyata keçiriləcək islahatlar ölkənin ərzaq təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Azərbaycanı regionun güclü aqrar-sənaye mərkəzlərindən birinə çevirmək məqsədinə xidmət edəcək.

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müaviniKənd təsərrüfatı inkişafında strateji hədəflər

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031